24.1.23
GBP/USD məzənnəsində sentyabrda başlayan bahalaşma dalğası yanvar ayının son günlərinə kimi davam etməkdədir.
Bazar ertəsi 1.2447 səviyyəsində müqavimətlə rastlaşan funt sterlinqin dollara nisbətən qiyməti hazırda 1.24 $-ın altında ticarət edilməkdədir.
Yaponiya sessiyasında 1.2311 səviyyəsində dəstək görən məzənnə üçün trend istiqamətində qırılması vacib müqavimət səviyyəsi 1.2341-dir.
Bundan sonrakı önəmli müqavimət səviyyələri 1.2376 və 1.2447-dır.