2023-cü il üzrə rüblük ticarət nəticələri
I rüb üzrə mənfəət 11.9 % olmuşdur və qrafikdə portfelin tərkibi göstərilmişdir.
II rüb üzrə mənfəət 13.7 % olmuşdur və qrafikdə portfelin tərkibi göstərilmişdir.
III rüb üzrə zərər 15.6 % olmuşdur və qrafikdə portfelin tərkibi göstərilmişdir.
IV rüb üzrə zərər 23.5 % olmuşdur və qrafikdə portfelin tərkibi göstərilmişdir.
2023-cü il üzrə illik yekun hesabat
2023-cü ili geridə qoymaq üzrəyik. Böyük həvəslə 2024-cü ili qarşılamadan öncə dovşan ilində gördüyümüz işlərlə bağlı açıqlama vermək istəyirik. İlin ümumi nəticələri ilə tanış olduqda, qeyd etmək lazımdır ki, qazanc etibarı ilə uğursuz il olub. İl ərzində 33.7 % zərər etmişik.
Digər tərəfdən, illik hesabatı mənfi bağlamağımızın fundamental səbəbləri də vardır ki, bu, əjdaha ilinə ümidlə baxmağımıza əsas verir. Belə ki, III rübdən başlayaraq, treydinqdə qazanclarımızı daha yüksəyə qaldırmağı qərara aldıq.
Bunun üçün treydinqdə yanaşmamızı III dərəcəyə çatdırmaq lazım idi. Bu məqsədlə əlimizdə olan yeganə büdcə ilə araşdırmaları, testləri və nəticələri praktikada icra etməyi gözə aldıq. İndi, nikbinliyimizi artıran məqam ondan ibarətdir ki, III dərəcəyə (günlük treydinq) dair əldə etdiyimiz nəticələr, oktyabr və noyabrın ortalarınadək qüsürlu olsa da ruhdan düşmədən təkminləşmələrimizi gücləndirməklə, noyabrın son günlərindən etibarən uğurlu nəticələr əldə etməyə başladıq. Onu da qeyd etmək lazımdır ki, istədiyimiz hədəfə çatmasaydıq, IV rüb üzrə treydinq nəticələri daha pis olacaqdır.
Beləliklə, bu il üzrə itkilərimizi araşdırmalarımıza və daha yüksək nəticələr uğrunda xərclərə aid edirik. 2024-cü ildə də bu minvalla davam edəcək, daha yüksək nəticələrimizi sizinlə paylaşacağıq ki, birlikdə uğurlara imza ataq.