Search this site
Embedded Files
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
 
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
  • More
    • İnvestisiya və bazarlar
    • Analiz
      • Fundamental
        • Amerika
        • Avropa
        • Azərbaycan
        • Səhm
        • Valyuta
        • Əmtəə
        • Kriptobazar
      • Təqvim
      • Texniki
      • Trendlər
    • Platforma
      • Demo ticarət
      • Analiz platforması
    • Təlim
      • Təlim proqramları
        • Bank əmanətləri və pensiya
        • Qlobal trend analiz kursu
        • Günlük treydinq
      • Məqalələr
    • Haqqında
      • Haqqında
      • Treydinq nəticələri
      • İnvestisiyalarımız
      • Üstünlüklərimiz
      • Əlaqə

İlkin A kapital

ABŞ əmək bazarından sürpriz göstəricilər və FED

3.12.22

Amerikada işsizlik səviyyəsi dəyişməz qalsa da məşğulların sayında noyabrda proqnozlaşdırılandan çox artım müşahidə edilib. Əmək haqlarında da sürpriz artım qeydə alınıb. Bütün bunlar FED-in faiz artımı siyasətinə rahat davam edəcəyini deməyə əsas verir. 

Cümə günü Amerikanın statistika idarəsinin açıqladığı rəsmi məlumatlara əsasən, işsizlik noyabrda 3.7 % olub, qeyri-kənd təsərrüfatı sahələrində məşğulların sayı (NFP) 284 000 nəfər artıb. Okyabr ayının artım göstəricisinə də düzəliş edilib - 261 000 rəqəmi 284 000-ə dəyişdirilib. Bununla yanaşı, orta saatlıq əmək haqları illik 5.1 %, aylıq müqayisədə isə 0.6 % artıb. Burada da oktyabr ayının göstəricilərinə düzəlişlər edilib. İllik 4.7 % 4.9 %, 0.4 % 0.5 % ilə əvəz edilib. 

"Bloomberg"-in sorğusunda isə mütəxəssislər işsizliyin 3.7 % dəyişməz qalacağını, "NFP" üzrə 200 000 nəfərlik artım, illik və aylıq orta əmək haqlarında müvafiq olaraq 4.6 və 0.3 %-lik artım proqnozlaşdırırdılar. Proqnozlar gələcək trendə dair fikirin formalaşması üçün önəmlidir. Dərc edilən statistik məlumatlar proqnozların üzərində qeydə alınarsa, bu, artımın davam edəcəyinə işarədir. Proqnozlarla müqayisədə mənfi dərc edilən göstəricilər, əksinə, azalmanın müşahidə olunacağını düşünməyə əsas verir. 

İşsizlik - noyabr, 2022

"NFP" - noyabr, 2022

Orta saatlıq əmək haqlarında dəyişiklik (illik)- noyabr, 2022

Açıq qalan işyerləri - oktyabr, 2022

Əmək bazarında canlanma və dolların son korreksiyası inflyasiyanın artmasına səbəb olur. 

Məşğulluğun artması həm əmək bazarında tələbin artması, həm də tələbi qarşılayan təklifin də keyfiyyətcə yüksəlməsi deməkdir. Bununla belə Amerikada əmək qüvvəsinə olan tələb tam qarşılanmayıb, yəni yuxarı yer çoxdur. Çərşənbə günü dərc edilən göstəricilərdə açıq qalan iş yerlərinin 10 milyonun üzərində olduğu qeyd alınmışdı. 

Əmək bazarında aktivliyin artması, iqtisadiyyatın inkişafına və inflyasiyanın da yüksəlməsinə səbəb olur. İstehlak güclənir, həyat şəraiti yaxşılaşır, tələb artır və qiymətlər yüksəlir. Bu, əmək haqlarına da təsir edir. 

Bütün bunlar Amerika Federal Ehtiyat Sisteminin (FED) fond faizini yüksəltməsinə səbəb olur. FED sədri Jerom Povel hər dəfə çıxışında mart ayında başlayan faiz artımı siyasətinin inflyasiya 2 %-ə enəcəyə kimi davam etdiriləcəyini açıqlayır. Son açıqlamasında dekabrda qərarlarında 0.75 %-lik addımların enəcəyini mümkün hesab etsə də prosesin davam edəcəyini bir daha vurğulanıb. 

Amerikada inflyasiya oktyabrda 7.7 % açıqlanmışdı. Bununla da iyun ayından sonra 9.1 %-dən 1.4 % azalıb. Bu, həm FED-in 4 %-ə kimi yüksəltdiyi faizin, həm də dolların son 20 ilin maksimumuna kimi bahalaşmasının təsiridir. Lakin əmək bazarına dair dünənki yayımlanan xəbər inflyasiyanın yenidən arta biləcəyinə işarədir. Bu məqamda sentyabrın sonlarından 8.4 % ucuzlaşan dollar da unudulmamalıdır. Bu zaman idxal olunan məhsullar bahalaşır, inflyasiya güclənir. 

Bütün bunları nəzərə alaraq, investorlar və treyderlər üçün növbəti ən önəmli tarix dekabrın 13-ü və 14-üdür. İlin son ayının ortalarında birinci Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək noyabr ayının inflyasiya səviyyəsini öyrənəcək, bir gün sonra saat 23:00-da faiz qərarı açıqlandıqdan yarım saat sonra FED sədri Jerom Povel gələcək addımlara dair yeni açıqlamalar verəcəkdir. Burada FED-in gələcək növbəti faiz artımları ilə əlaqədar əmin mövqeyi müşahidə ediləcəyi təqdirdə, dollar da yenidən dəstək görərək iki aylıq korreksiyadan sonra növbəti dəfə bahalaşmağa başlaya bilər. 

Qeyd etmək lazımdır ki, Jerom Povel faiz artımı siyasətinin davam etdirilməsini müdafiə edərkən, iqtisadiyyatın, xüsusilə də əmək bazarında vəziyyətin yaxşı olmasını əsas gətirir. 

İlkin Alıyev

Yerli və beynəlxalq maliyyə bazarlarında ticarət və investisiya edənlər üçün veb-səhifə. Treydinq qiymət dəyişkənliyinə tez reaksiya vermək və qazanc əldə etməkdir, investisiya isə uzunmüddətlidir və sərvət yaratmaq fəaliyyətidir. İqtisadi informasiya və araşdırmaları da buradan oxuya bilərsiniz. 

(099) 710 99 71

FacebookInstagramYouTubeLinkLinkedIn

Fundamental analiz

Texniki analiz

İqtisadi təqvim

Sektor və trendlər

Azərbaycan

Kriptobazar

Təlim proqramları

Üstünlüklərimiz

İnkişaf tarixi

Məqalələr

Treydinq nəticələri

Demo hesab

Analiz platforması

Risk bildirişi. Göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz lazımdır. Buna görə həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımırıq. 

Google Sites
Report abuse
Google Sites
Report abuse