Search this site
Embedded Files
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
 
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
  • More
    • İnvestisiya və bazarlar
    • Analiz
      • Fundamental
        • Amerika
        • Avropa
        • Azərbaycan
        • Səhm
        • Valyuta
        • Əmtəə
        • Kriptobazar
      • Təqvim
      • Texniki
      • Trendlər
    • Platforma
      • Demo ticarət
      • Analiz platforması
    • Təlim
      • Təlim proqramları
        • Bank əmanətləri və pensiya
        • Qlobal trend analiz kursu
        • Günlük treydinq
      • Məqalələr
    • Haqqında
      • Haqqında
      • Treydinq nəticələri
      • İnvestisiyalarımız
      • Üstünlüklərimiz
      • Əlaqə

İlkin A kapital

Azərbaycan və manat - Son analiz

5.12.22

Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinin noyabr ayının sonuna açıqladığı rəsmi məlumatların təhlilləri ölkə gəlirlərinin artması ilə yanaşı, dövlət xərclərinin artması və manatın da ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. 


Son bir il ərzində istehsal olunan mal və xidmətlərin dəyəri 54 % artıb. 

Azərbaycanın Ümumi Daxili Məhsulu 2022-ci ilin oktyabr ayında 111 milyard manatdan çox olub. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 39 milyard manat (53.5 %) çoxdur. Ümumiyyətlə, 2020-ci ildən burada ciddi artım trendi müşahidə edilir. Təəssüff ki, qeyri-neft sektorunda istehsal olunan mal və xidmətlərin dəyərində oxşar trenddən danışmağımız mümkün olmur. Oktyabr ayında sözügedən sahədə ÜDM 50 milyarda çatmayıb və bu, keçən ilin eyni dövrü ilə müqayisədə yalnız 9 milyard (23.1 %) çoxdur. 

Lakin ölkədə istehsal olunan dəyər ilə yanaşı, əhalinin nominal gəlirləri və əsas kapitala investisiyalarda güclü artım müşahidə edilmir. Digər tərəfdən maraqlı məqam geniş pul kütləsinin ÜDM-ə müvafiq olaraq çox artmasıdır. 

Dövriyyədə pul 30 % artsa da əhalinin nominal gəlirlərində artım 20 % ilə geri qalır.

Yuxarıdakıları nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, geniş pul kütləsinin artması manatın dollar ilə məzənnəsinin qorunmasına istiqamətlənib, lakin bunu əhali görməyib. Əhalinin gəlirləri pul ilə müqayisədə az artıb. Bu, özəl sektorun inkişafının ləngiməsidir. 

Rəsmi məlumatlara əsasən, əhalinin cəmi nominal gəlirləri oktyabr ayında 56.9 milyard manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9.6 milyard manat (20 %) çoxdur. Əsas kapitala investisiyalar 11.7 milyard manat olub ki, bu da 1.2 milyard manat və ya 11.2 % çoxdur. Geniş pul kütləsi 28.7 milyard manat olub ki, bu da 27 % çoxdur. Dolların kütləsi manat ilə müqayisədə yaxın - 31 % artıb. 

İnflyasiyanın artması qaçınılmazdır.

Pul kütləsinin artımının dövriyyəyə geniş çatmamasından isə narahat olmağa dəyməz. Bunu xüsusilə qeyri-neft sahəsində istehsalın aşağı olmasında görmək mümkündür. Özəl sektorda gəlirlərinin artması üçün investisiyalara ehtiyac yaranacaqdır. Sahibkarlıq göstəriciləri çox aşağıdır. Dövlət özü də özəl sektorun inkişafında maraqlıdır. Hər iki halda pul kütləsinin və ölkə gəlirlərinin artması inflyasiyaya səbəb olacaqdır. 

Azərbaycanda orta illik istehlak qiymətləri indeksi təqribən son iki ildir 315 %-dən çox artmaqla, 3.3 %-dən 13.7 %-ə çatıb. Proqnozlar isə bunun ilk mərhələdə 15 %-ə çatacağını göstərir. Bundan sonraki yuxarı həddi 21.7 %-dır. 

ARMB-nin faiz artımları ilə bərabər dövlətin xərcləri də artacaq.

Ölkədə pul kütləsinin və inflyasiyanın artması Azərbaycan Respublikası Mərkəzi Bankını faizlərini yüksəltməyə məcbur edəcəkdir. Hazırda ARMB-nin uçot faiz dərəcəsi 8 % təşkil edir və 2021-ci ilin əvvəlindən sərt monetar siyasətə qayıdıldığı görünməkdədir. 

Bura qədər ciddi təhlükə olmasa da qlobal bazarlarda qiymətlərin enməsi ilə ölkənin neft gəlirləri azalmağa başlayarsa, hər hansı siyasi səbəblər üzündən investorlar ölkədən çıxmağa qərar verərlərsə, maddi vəsaitlər investisiyadan çox yenidən əmanətlərə yönəldilərsə, dövlət büdcəsindən və maliyyə nazirliyinin xərcləri də artan faizlər ilə bərabər yüksələ bilər. 

Bu özü ilə bərabər manatın stabilliyinin təmin edilməsi istiqamətində, xüsusilə, dolların dünya birjalarında bahalaşdığı bir dövrdə dövlətin əlinin zəifləməsinə səbəb ola bilər. Daha bəd ssenariyə uyğun olaraq, manatın ucuzlaşması fonunda idxal məhsulları bahalaşmaqla, inflyasiya sürətlənə bilər. 

Dollar manata nisbətən 1.82 $-ı qırarsa, 2.02 $-a kimi bahalaşa bilər. 

USD/AZN məzənnəsi 2017-ci ilin payızından 1.70 $ ətrafında dalğalanmaqda davam edir. Önəmli müqavimətlər səviyyələri isə 1.7040, 1.7470 və 1.8167-dir. Bunlar ard-arda qırılarsa, yüksəliş 1.9293 və 2.0220 $-a kimi güclənə bilər. 

Əks təqdirdə, 1.6345 dəstəyi qırıla bilər. Bu, son eniş dalğasının - korreksiyasının 1.5335 və 1.42 $-a kimi dərinləşməsinə səbəb ola bilər. 

Dövlətin investisiyaları ilə yanaşı, özəl sektor və kadr bazarının da üzərinə böyük məsuliyyət düşür. 

Azərbaycanın cari qlobal vəziyyətdə yerinin qorunması və yüksəldilməsi üçün dövlətin güclü strateji siyasəti müşahidə edilməkdədir. Beynəlxalq enerji sektorunda yeri getdikcə möhkəmlənir və gələcək gəlirləri təminat altına alınır. Daşınma, kosmik və intenet texnologiyaları sahələrində dövlətin güclü iradəsi və addımları da göz qabağındadır. 

Lakin bunlarla yanaşı, büdcə yükünün, risklərin azaldılması istiqamətində sahibkarlıq, təhsil  və əmək bazarları inkişafdan geri qalmamalıdır. 

İlkin Alıyev

Yerli və beynəlxalq maliyyə bazarlarında ticarət və investisiya edənlər üçün veb-səhifə. Treydinq qiymət dəyişkənliyinə tez reaksiya vermək və qazanc əldə etməkdir, investisiya isə uzunmüddətlidir və sərvət yaratmaq fəaliyyətidir. İqtisadi informasiya və araşdırmaları da buradan oxuya bilərsiniz. 

(099) 710 99 71

FacebookInstagramYouTubeLinkLinkedIn

Fundamental analiz

Texniki analiz

İqtisadi təqvim

Sektor və trendlər

Azərbaycan

Kriptobazar

Təlim proqramları

Üstünlüklərimiz

İnkişaf tarixi

Məqalələr

Treydinq nəticələri

Demo hesab

Analiz platforması

Risk bildirişi. Göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz lazımdır. Buna görə həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımırıq. 

Google Sites
Report abuse
Google Sites
Report abuse