Search this site
Embedded Files
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
 
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
  • More
    • İnvestisiya və bazarlar
    • Analiz
      • Fundamental
        • Amerika
        • Avropa
        • Azərbaycan
        • Səhm
        • Valyuta
        • Əmtəə
        • Kriptobazar
      • Təqvim
      • Texniki
      • Trendlər
    • Platforma
      • Demo ticarət
      • Analiz platforması
    • Təlim
      • Təlim proqramları
        • Bank əmanətləri və pensiya
        • Qlobal trend analiz kursu
        • Günlük treydinq
      • Məqalələr
    • Haqqında
      • Haqqında
      • Treydinq nəticələri
      • İnvestisiyalarımız
      • Üstünlüklərimiz
      • Əlaqə

İlkin A kapital

Dekabrın dollar sürprizi

30.11.22

Dollarda dekabr ayının ilk həftəsi ilə son iki ay ərzində ilk dəfə yenidən bahalaşa biləcəyinə dair siqnallar gəlməyə başlayıb. 

ABŞ-dan sonra digər inkişaf etmiş ölkələrin monetar siyasətlərini sərtləşdirməyə başlamaları, Amerika iqtisadiyyatında nikbinliyin azalması, Avrozona, İngiltərə və Yaponiyada müsbət fundamental göstəricilərin açıqlanması dolların digər valyutalar qarşısında məzənnələrinin sentyabrın 28-dən etibarən korreksiyasına səbəb olmuşdur. Beləliklə, 9%-ə kimi geriləyən dollar investorlarda gələcək trend fonunda fikir ayrılıqlarına səbəb olmuşdur.

Lakin bu həftə Avrozonanın fundamental göstəricilərində zəifləmə müşahidə edilir. Bu, EURUSD, GBPUSD və USDJPY valyuta cütlüklərində son tendensiyanın dayanmasına səbəb olmağa başlayıb. 

Dolları sentyabrda nə saxladı?

FED-dən sonra Avropa və İngiltərə mərkəzi banklarının da pul-kredit siyasətlərini sərtləşdirməyə başlaması, EURUSD və GBPUSD məzənnələrində müşahidə edilən eniş dalğasının zəifləməyə başlaması ilə bərabər, investorların zaman-zaman satış əməliyyatlarından uzaqlaşmasına səbəb oldu. İngiltərə bankı siyasətinə 2021-ci ildə ilk başlayan olsa da bu, bugünə hesablanmış addım idi. Xəbər investorların dolların bahalaşacağı proqnozlarına təsir etmədi, funt sterlinq 1.3748-də müqavimətlə rastlaşaraq ucuzlaşmağa başladı. 

ABŞ martın 16-da 0.25%-lik ilk faiz artımına başlamaqla üç illik yumşaq monetar siyasətini dayandırmağı qərara aldı. Avropa Mərkəzi Bankı (ECB) iyulun 27-də 0.5%-lik ilk faiz artımı ilə 6 illik sıfır faiz siyasətindən uzaqlaşdı. İngiltərə Bankı (BoE) 2021-ci ilin dekabrında 0.15%-lik kiçik addımlarla artıq siyasətinə başlamışdı. "ECB" və "BoE" kimi önəmli bankların faizləri ciddi səviyyələrə çatdıqca, dollarda bahalaşma zəifləyirdi. 

FED-in faiz səviyyələrinin digərləri ilə fərqinin azalmasının dolların ucuzlaşmasına təsiri noyabrın əvvəlindən açıqlanan fundamental göstəricilər ilə daha da dəstəkləndi. Yayımlanan statistik rəqəmlər ABŞ-da iqtisadiyyata dair şübhələri artırmaqla yanaşı, digər tərəfdə, Avrozona və İngiltərədə nikbinliyin artmasına səbəb oldu. Ayın 3-də Amerikanın xidmət sektorunda oktyabr ayı üzrə biznes aktivliyi indeksi (ISM) 54.4 punkt ilə mütəxəssislərin proqnozlaşdırıldığından çox düşdü. Ayın 4-da isə oktyabrda işsizliyin 3.7%-ə artması ilə mütəxəssisləri də proqnozları fonunda təəccübləndirdi. Ayın 7-si başlayan yeni həftə isə özü ilə bərabər Almaniyanın sənaye sektorundan ilk sürpriz göstəriciləri gətirdi. Proqnozlaşdırılanın əksinə olaraq, sentyabrda sənaye dövriyyəsi 0.6% artmışdır. Növbəti günlərdə Amerikada inflyasiya azalmaqla, İngiltərədən müsbət xarici ticarət, sənaye, inkişaf və inflyasiya göstəriciləri açıqlanmağa davam etdi. 

Dolların ucuzlaşmağa başlamasına təsir edən üçüncü səbəb kimi ilin yekunlaşmasını qeyd etmək lazımdır. Dördüncü rübün sonunda investorların əməliyyatlarını bağlaması və tətilə çıxmaları, hesabat verən böyük oyunçular və fondlar unudulmamalıdır. 

Dekabr Avrozonada risklərin olduğunu göstərməyə başlayır

EURUSD məzənnəsi sentyabrın sonlarında 0.9535 səviyyəsindən dəstək görərək bahalaşdıqdan sonra noyabrın 15-də trendi dayandı. GBPUSD məzənnəsi də 1.0365 səviyyəsindən bahalaşdıqdan sonra noyabrın 15-də ilk güclü müqavimətlə rastlaşdı. Müqavimət ayın 17-də Avrozonadan oktyabr ayı üzrə dərc edilən proqnozların altında illik inflyasiya göstəricisi ilə daha da gücləndi. Baza indeksi proqnozlaşdırıldığı kimi 5%-ə yüksəlsə də ümumi göstərici 10.7%-lik proqnozun qarşılığında yalnız 10.6%-ə kimi artmışdı. Növbəti günlərdə Avrozona və İngiltərənin sənaye və xidmət sektorlarında noyabr ayı üzrə biznes aktivliyi indeksləri (PMI) müsbət dərc edilsə də avro və funt sterlinqin müqavimət səviyyələrini qırmağa bəs etmədi. 

Bu həftədən etibarən isə artıq Yaponiyadan ticarət və sənayeyə dair proqnozların altında göstəricilərin dərc edilməsi, Almaniyada inflyasiyanın geriləməsini göstərən ilk proqnozların yayımlanması və Amerikada istehlak aktivliyinin sürpriz şəkildə artması, avro, funt sterlinqin ucuzlaşmasına, yenin müqavimət səviyyəsinin altında ticarət edilməsinə səbəb olmuşdur. 

Texniki analizlərə əsasən, EURUSD valyuta cütlüyünün qiyməti 1.0350 səviyyəsinin altında ticarət edilir və növbəti eniş dalğası üçün 1.0270 dəstəyinin qırılması vacibdir. Bundan sonra ucuzlaşma 1.0130-a kimi sürətlənə bilər. GBPUSD cütlüyünün qiyməti 1.1970-in altında ticarət və burada önəmli dəstək səviyyələri 1.1880 və 1.1730-dur. USDJPY məzənnəsi isə 138 yen üzərində ticarət edilir. Proqnozlar139.60 müqavimət səviyyəsi qırılması ilə dolların 141 yenə kimi yüksələ biləcəyini göstərir. 

Dekabr ayının ilk həftəsinin yuxarıdakılarla bərabər, ən vacib məqamı isə cümə günü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan dərc ediləcək əmək bazarına dair göstəricilərdir. 

Bunlar arasında xüsusi yeri qeyri-kənd təsərrüfatı sahələrində məşğulların sayında dəyişikliyi ölçən "NFP" göstəricisidir. İqtisadçılar 200 min nəfərlik artım ehtimal edirlər. Beləliklə, dərc edilən rəqəm bunun üzərində olarsa, dollarda dəstək daha da güclənə bilər. 

İlkin Alıyev

Yerli və beynəlxalq maliyyə bazarlarında ticarət və investisiya edənlər üçün veb-səhifə. Treydinq qiymət dəyişkənliyinə tez reaksiya vermək və qazanc əldə etməkdir, investisiya isə uzunmüddətlidir və sərvət yaratmaq fəaliyyətidir. İqtisadi informasiya və araşdırmaları da buradan oxuya bilərsiniz. 

(099) 710 99 71

FacebookInstagramYouTubeLinkLinkedIn

Fundamental analiz

Texniki analiz

İqtisadi təqvim

Sektor və trendlər

Azərbaycan

Kriptobazar

Təlim proqramları

Üstünlüklərimiz

İnkişaf tarixi

Məqalələr

Treydinq nəticələri

Demo hesab

Analiz platforması

Risk bildirişi. Göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz lazımdır. Buna görə həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımırıq. 

Google Sites
Report abuse
Google Sites
Report abuse