17.12.22
Amerikada demokratiyanın 2020-ci ildə qalib gəlməsindən sonra 2022-ci ildə Senatlıqda da üstünlüyü qazanmasından sonra qitədə iqtisadiyyata dair nikbinlik də artmağa başlayıb. Bu, FED-in faiz artımı siyasəti ilə bərabər dolların yeni maksimumlara yaradacağı ehtimallarını da gücləndirib.
Demokratların iqtisadiyyatda 2 trilyon dollarlıq yaşıl islahat proqramı
Demokratlar partiyası Josef Bayden ilə 2020-ci ildə 46-cı prezident seçkilərini qazandıqdan sonra Amerikanın, xüsusilə iqlimin mühafizəsi siyasəti yenidən gündəmə gəldi. Baydenin seçki proqramında Amerikanın karbon emissiyasının 2050-ci ilə kimi sıfıra endirilməsi hədəflənilir. Bu, alternativ enerjiyə keçidi dəstəkləmək üçün dövlət investisiyasının artırılması demək idi. Bunun üçün 2 trilyon dollar planlaşdırılmışdı ki, elektrik avtomobillər üçün sıx doldurma məntəqələri yaradılsın. İnfrastruktun iqlimə uyğun modernizasiyası 10 milyon yaxşı məvacibli yeni iş yerlərinin yaradılmasına da şərait yaradacaqdır. İqlim siyasətinin yanında aşağı gəlirli ailələrin pulsuz təhsili də nəzərdə tutulmuşdu. Bununla yanaşı, tibbi siğorta layihəsinin genişləndirilməsi, vergilərin varlılar üçün artırılması, aşağı və orta gəlirlilər üçün azaldılması, yuxarı sərhədinin 37 %-dən 39.6 %-ə yüksəldilməsi nəzərdə tutulurdu.
Prezident seçkisində qalibiyyət ilə yanaşı, yaşıl iqtisadi islahat proqramının icrası üçün Konqresin aşağı palatası və Senat tərəfindən qəbul edilməlidir. Bunun üçün demokratların həm Nümayəndələr palatasını, həm də Senatı ələ keçirməsi arzu olunan idi. 2022-ci ilin noyabrın 8-də başlayan ara seçkilərə kimi demokratlar aşağı palatada üstünlük təşkil etsələr də Senatda bu belə deyildi. Lakin bu vəziyyət dekabrın ortalarına kimi davam edən seçkilərdə tərsinə döndü: Baydenin partiyası Nümayəndələr palatasında 47.7 % ilə söz sahibliyini itirsələr də yuxarı palatada 49 % və 3 demokrat bitərəf Senat ilə üstünlüyü ələ aldılar.
Senatsız iki il ərzində demokratlar 370 milyard dollarlıq iqlim paketini qəbul edə biliblər
Qanun layihəsi prezidentin imzalamasından öncə iki palatadan birinin komitəsi tərəfindən müzakirə edilib qəbul edildəkdən sonra digərinə də qəbul olunması üçün göndərilir. Nümayəndələr palatası ilə Senat arasında həmfikir olmadıqda, müzakirələr uzanır və planlaşdırılan deyil, redakte olmuş ortaq məxrəc eldə edilir. Bugünə kimi isə demokratlar 2 trilyon dollarlıq islahat proqramdan Konqresdən yalnız 370 milyard dollarlıq iqlim paketini keçirə biliblər. Bu hadisə avqust ayında hələ respublikaçıların üstünlük təşkil etdiyi Senatın qanun layihəsəni təsdiqlənməsi ilə yekunlaşmış oldu. Qanun layihəsi ilə gələcək 10 il ərzində 2005-ci ilin karbon emissiyasının 40% azaldılması, böyük sənayelərdən vergi artımı yolu ilə dövlət gəlirlərinin 100 milyardlarla artırılması hədəflənilir.
Dekabrda demokratlar Senatı da ələ keçirdilər
Senatda son iki il ərzində respublikaçıların üstünlük təşkil etdiyi dövrdə demokratların proqramlarının önəmli hissəsini həyata keçirə biliblərsə, gələn ildə demokratları daha uğurlu dövr gözlədiyini demək mümkündür. Qəbul edilən qanun layihələrin məbləği planlaşdırılan proqramın 20 %-inə çatmasa da iqtisadiyyatın modernləşdirilməsi istiqamətində ciddi zəminin yaradıldığını demək mümkündür. Onu da qeyd etmək lazımdır ki, Konqresdə "razı salmaq yarışında" Nümayəndələr palatası ilə müqayisədə Senatın təsir etmək imkanları daha çoxdur.
Demokratların qələbəsi ilə dolların qlobal trendində uyğunluq
Yuxarıda sözü açılan iki ilin izinə düşmək ona görə önəmlidir ki, dolların son qlobal trendinin fundamental əsası aydın olsun. Beləliklə, sirr deyil ki, 2020-ci ildə demokratların prezident seçkilərini qazanması ilə dollar indeksində yeni bahalaşma dalğasının başladığı müşahidə edildi. Dollar indeksi 2021-ci ilin yanvar ayında 89 punktdan sentyabr ayına kimi 115 punkta kimi 29 % yüksəldi. EURUSD məzənnəsi 1.2350-dən 0.9535-a kimi endi. GBPUSD 1.42 $-dan 1.0365 səviyyəsinə kimi ucuzlaşdı.
İqtisadi islahatlarda irəliləyiş FED-in imkanlarını da artırır
Belə bir iqtisadi-siyasi şəraitdə Amerikada inflyasiyanın "soyudulması" istiqamətində FED-in də imkanları artır, addımlarını daha sərt atması üçün "qapılar" açılır. Amerikanın mərkəzi bankı faizləri artırdıqca, daha yüksək səviyyələrə çata biləcəyi ehtimalları fonunda dollara olan tələb daha da artır və bahalaşma güclənir.
Dekabrda Federal Ehtiyat Sistemi (FED) faiz artımı addımlarını 0.75 %-dən 0.50 %-ə salsa da dağılma qrafikində (Dot plots) gələcək bir il üçün faiz proqnozları 4.6 %-dən 5.1 %-ə yüksəlib.
Beləliklə, dolların gələcək trendinin proqnozlaşdırılması işində FED-in faiz səviyyələri ilə yanaşı, Amerikada siyasi - fundamental hadisələrin diqqət mərkəzində saxlanılması önəmlidir.
Onu da qeyd etmək lazımdır ki, Amerika iqtisadiyyatında islahatların artıq başladığı bir dövrdə Avropa və İngiltərə bundan geri qalır, hökümətlər arasında müzakirələr gecikir və bu, iqtisadi-siyasi qeyri-müəyyənliyi artıracağı təhlükəsini yaradır. Risklərin artması fonunda avro və funt sterlinqə qarşı müqavimət də güclənir.
EURUSD və GBPUSD məzənnəsi üçün önəmli dəstək səviyyələri
Bununla da gələcək siçovul ili ərzində izlənilməli olan xəbər başlıqlarına dair daha ətraflı fikir formalaşmış olur. Gələcək günlər ərzində isə önəmli valyuta məzənnələri, xüsusilə EURUSD və GBPUSD üçün önəmli dəstək səviyyələri aşağıdakı kimidir.
Texniki analizə əsasən, avro 1.0735 müqavimətinin altında qalandan sonra gələcək günlər ərzində 1.0560 - 1.0460 dəstək dəhlizinin qırılması önəmli rol oynayacaqdır. Funt üçün sözügedən dəhliz 1.2140 - 1.1940 arasından geçir.