Search this site
Embedded Files
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
 
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
  • More
    • İnvestisiya və bazarlar
    • Analiz
      • Fundamental
        • Amerika
        • Avropa
        • Azərbaycan
        • Səhm
        • Valyuta
        • Əmtəə
        • Kriptobazar
      • Təqvim
      • Texniki
      • Trendlər
    • Platforma
      • Demo ticarət
      • Analiz platforması
    • Təlim
      • Təlim proqramları
        • Bank əmanətləri və pensiya
        • Qlobal trend analiz kursu
        • Günlük treydinq
      • Məqalələr
    • Haqqında
      • Haqqında
      • Treydinq nəticələri
      • İnvestisiyalarımız
      • Üstünlüklərimiz
      • Əlaqə

İlkin A kapital

Dollar 9 aydan sonra yenə trenddə

7.7.23

Faizlərin yüksəlməsi (Şəkil 1) və qiymətlərin yüksək olmasına (Şəkil 2) baxmayaraq, Amerika iqtisadiyyatının inkişaf etməkdə davam etməsi, FED-in əlini qolunu daha da açmasına imkan yaradır. Nəticədə dollara olan tələb həm investisiya, həm də güvənli liman maliyyə aləti kimi yüksəlir. Bu, hazırda davam edəcək kimi görünür və ilin qalan dövrü üçün əla qazanc imkanları yaradır. Səhm və kriptovalyuta bazarlarında da imkanlar artacaqdır. 

Şəkil 1: FED-in faiz dərəcələri

Şəkil 2: ABŞ-da inflyasiya.

Şəkil 3: Brent neftinin bir barel qiyməti

Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da iyun ayının əmək bazarına dair önəmli fundamental rəqəmlər açıqlanacaqdır. Ölkədə tam məşğulluq hökm sürsə də may ayı üçün açıqlanan göstəricilər, proqnozlaşdırılanın əksinə artmışdır. 3.4 %-dən 3.5 %-ə artacağı ehtimal edilməsi qarşılığında, 3.7 %-ə çatmışdır. Bu, investorların gələcəyə dair gözləntilərinə mənfi təsir etdiyi üçün bu həftə eyni tendensiyanın iyun ayı üçün də təkrarlana biləcəyi ehtimalları fonunda birjalarda ticarət aktivliyi düşmüşdü. İyun ayın üçün proqnozlar isə hazırda belədir ki, işsizlik 3.6 %-ə enəcək, qeyri-kənd təsərrüfatı sektorunda məşğulların sayı 225 min nəfər artacaqdır. Əmək haqlarının illik dinamikasında da 4.2 %-ə kimi azalma proqnozlaşdırılır. 


Beləliklə, axşam Amerika sessiyasında göstəricilərin müsbət və ya mənfi açıqlanması, iqtisadiyyatın ümumi inkişaf tempinin ya zəifləyəcəyi, ya da yüksələcəyinə təsir edəcəkdir. Lakin Amerikada böhrandan söhbət gedə bilməz. Bundan öncəki məqalələrimizdə vurğuladığımız kimi önəmli göstərici SP500 indeksi götürülməlidir. Burada isə yüksəliş başlayıb - 4200 punktun qırılması ilə fond indeksi (ölkənin iqtisadiyyatdaki dinamikasını ölçən) 4455 punkt ilə 2022-ci ilin yazından (15 ayın) maksimumuna yüksəlib. SP500 3500 punkta doğru enməyə başlasa da FED sərt pul-kredit siyasətindən çəkinməyəcəkdir, çünki sözügedən indeks səviyyələri yüksək hesab edilir. 


Bütün yuxarıdaki sadalanan amillər, FED-in inflyasiyaya qarşı daha effektli - inamlı mübarizə aparmasına, dollar üçün təklif edilən faizlərin daha çox artmasına şərait yaradır. Bu, əlbəttə ki, dollara tələbi artırmaqla, məzənnəsinin yüksəlməsi proqnozlarını gücləndirir. 


Bir amil isə vəziyyəti çətinləşdirə bilər: enerji birjalarında qiymətlərdəki böyük artım. Enerji xərclərinin çox artması, Amerikada inflyasiyada volatilliyi gücləndirə və iqtisadi risklər o qədər arta bilər ki, FED çəkingən mövqeyə keçər. Lakin bu, az inandırıcıdır. 

Neftin bir barel qiyməti hazırda 70 $-ın (Şəkil 3) üzərində ciddi dəstək görməkdədir. Digər tərəfdən, 80 $-ın altında da müqavimətlə rastlaşır. Təhlillər qiymətdə maksimum bahalaşmanın da 90 $-a çata biləcəyini proqnozlaşdırmağa əsas verir ki, Amerika strateji neft ehtiyatları baxımından buna hazırdır. Ehtiyatını işə salmaqla - bazarı enerji daşıyıcıları ilə o qədər təmin edər ki, ölkədə ciddi idxal inflyasiyasının qarşısı alınar. Neftin 100 $-a kimi yüksəlişi belə elektrikmobillər bazarına müsbət təsir edəcəkdir ki, burada da Amerika öndədir. Güclü iqtisadiyyatı ilə zərərini bağlayacaqdır. Rifahı təmin edəcəkdir. 

Şəkil 4: Dollar indeksi

Şəkil 5: Bitkoin

Beləliklə, dollar (Şəkil 4) və güclü amerikan şirkətlərinə investisiyalar baxımından, treyderlər yenidən trend görə biləcəklər. Faizlərin artması, şirkətlərin gəlirlərinə mənfi təsir etsə də, beynəlxalq rəqabətdə amerikanlar bir addım öndə olacaqdırlar. Bu, səhm kurslarına da müsbət təsir edir, tələbi artırır. Məsələn, ABŞ-ın 5 ən böyük şirkətin (FAANG) indeksi ilə tanış olduqda, ciddi yüksəliş müşahidə edilir və 202 punktun qırılması ilə trend tarixi maksimumlara doğru yol ala bilər. 


Kriptovalyuta birjalarına da toxunmaq məqsədilə, bitkoində (Şəkil 5) son zamanlar ciddi dəstəyin müşahidə edildiyini qeyd etmək lazımdır. Digər tərəfdən, dollarda bahalaşma güclənərsə, qısa müddətli korreksiyalar da real görünür. BTC/USD məzənnəsi hazırda birjalarda 30 100 $-ın altında ticarət edilir və üzərinə çıxa bilməyəcəyi təqdirdə, 25 100 $-a kimi sürətli ucuzlaşma dalğası başlaya bilər. Bu, 16.6 %-lik eniş və gəlir imkanıdır. 

Qeyd etmək lazımdır ki, FED-in növbəti faiz qərarı iyulun 26-sı açıqlanacaqdır. Bununla yanaşı, ABŞ iqtisadiyyatı ilə əlaqədar dərc ediləcək fundamental statistik göstəricilər də diqqət mərkəzində saxlanılmalıdır. 

İlkin Alıyev

Maliyyə bazarlarında qazanmağı öyrədirik!

Yalnız 499 AZN ödəməklə Qrafik Analiz adlı təlimə başlaya bilərsiniz. 

Sərvətinizi artırmaq üçün aşağıdakı nömrənin bağlı olduğu "WhatApp"-a indi yaza bilərsiniz. 

Yerli və beynəlxalq maliyyə bazarlarında ticarət və investisiya edənlər üçün veb-səhifə. Treydinq qiymət dəyişkənliyinə tez reaksiya vermək və qazanc əldə etməkdir, investisiya isə uzunmüddətlidir və sərvət yaratmaq fəaliyyətidir. İqtisadi informasiya və araşdırmaları da buradan oxuya bilərsiniz. 

(099) 710 99 71

FacebookInstagramYouTubeLinkLinkedIn

Fundamental analiz

Texniki analiz

İqtisadi təqvim

Sektor və trendlər

Azərbaycan

Kriptobazar

Təlim proqramları

Üstünlüklərimiz

İnkişaf tarixi

Məqalələr

Treydinq nəticələri

Demo hesab

Analiz platforması

Risk bildirişi. Göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz lazımdır. Buna görə həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımırıq. 

Google Sites
Report abuse
Google Sites
Report abuse