Search this site
Embedded Files
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
 
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
  • More
    • İnvestisiya və bazarlar
    • Analiz
      • Fundamental
        • Amerika
        • Avropa
        • Azərbaycan
        • Səhm
        • Valyuta
        • Əmtəə
        • Kriptobazar
      • Təqvim
      • Texniki
      • Trendlər
    • Platforma
      • Demo ticarət
      • Analiz platforması
    • Təlim
      • Təlim proqramları
        • Bank əmanətləri və pensiya
        • Qlobal trend analiz kursu
        • Günlük treydinq
      • Məqalələr
    • Haqqında
      • Haqqında
      • Treydinq nəticələri
      • İnvestisiyalarımız
      • Üstünlüklərimiz
      • Əlaqə

İlkin A kapital

Dollarda çöküş və Amerika reallığı

12.3.23

Valyuta birjalarında cümə günü dolların sürətlə dəyər itirməyə başladığı müşahidə edildi. Eniş ayın ikinci yarısına kimi davam edə bilər. 

Amerikanın əmək bazarında açıqlanan fundamental göstəricilər ilk baxışda qarışıq təəssürrat yaratsa da, mənfi tendensiyanın başlanğıcı kimi qiymətləndirilməlidir. Əmək haqlarında artım zeifləyib, işsizlik proqnozlaşdırılanın əksinə olaraq 3.7 %-ə yüksəlib. Yeganə müsbət açıqlanan məşğulların sayında dəyişiklik ilə bağlı göstərici də digər son fundamental proseslər ilə birlikdə təhlil edildikdə gələcəyə dair nikbin qığılcımları alışdırmağa imkan vermir. 

Son aylar Amerikanın böyük texnoloji şirkətlərin ciddi sayda ixtisarlara başladığı xəbər edilir. Bundan əlavə, son IV rüb üzrə iri şirkətlərin maliyyə hesabatları da FED tərəfindən yürüdülən sərt monetar siyasət zəminində ürəkaçan olmamışdır. Bu səbəbdən də Amerikanın fond indeksləri (SP500, DowJ və Nasdaq) müqavimət seviyyələrini qıra bilmirlər. Bunun təbii nəticəsi kimi artıq bu həftədən iki böyük bankın müflis elan edilməsi xəbərləri gəlməyə başlayıb. Silvergate və SVB. Beləliklə, məşğulların sayında deyişim balansında müsbət saldo qeydə alınsa da gorünən odur ki, yaxşı məvacib müstəvisində Amerika iqtisadiyyatı geriləməkdədir. 

2023-cü ilin I rübünün iqtisadi mənzərəsi Lehman Brothers böhranı nümunəsi ilə oxşarlıq təşkil etməsi fonunda çoxlarını həyacana təşviq etməsə də, bu dəfə iqtisadiyyata dəstək olmaq üçün pul-kredit siyasətinin yumşaldılmasına imkanın olmaması narahat edicidir. 2007/8-ci illər maliyyə böhranında monetar siyasət yumşaldılmağa başlandı. Bu gün isə ABŞ və digər aparıcı G7 ölkələrində inflyasiya yüksək olaraq qalır və inkişaf etməkdə olan ölkələrdən də idxal edilir. Belə şəraitdə mərkəzi bank faizlərini çətin salsın. 

Enerji birjalarında neft qiymətlərinin ucuzlaşması, qabaqcıl sənaye ölkələrində istehsal qiymətlərini salmaqla inflyasiyaya müsbət təsir etsə də digər tərəfdən neft ölkələrində yaşanılacaq gəlir böhranından qərb yarımkürəsi qrağda qala bilməyəcəkdir.  Qlobal siyasi mühit də yenidən gərginləşir. Geosiyasi böhranlar dərinləşir. 

Bəzi iqtisadçılar qərbin borc pul hesabına yaşadığını, digər proseslərdən özlərini qoruya bildiklərini düşünsələr də bir reallıq da unudulmamalıdır. ABŞ və Avropada siyasi qarşıdurma da yaşanmaqdadır. Bu, xüsusilə, infrastruktur islahatlarını ləngidə bilər ki, monetar siyasətin yumşaldılması bu zaman rifaha və inkişafa müsbət təsiri olmayacaqdır. Hökümətin iqtisadi təşviqi ilə maliyyə siyasəti bərabər hərəkət etməlidirlər. Bunun tarixi təcrübəsi artıq yaşanılıb. Qərbin son maliyyə böhranından çıxdığını demək tam düzgün olmazdır. Yeni dövrün alternativ enerji və elektrik avtomobilləri sahəsində işlər ləng getdiyi üçün iqtisadiyyatlar da çox həssasdır. Dayanıqlıq təmin edilmədiyi üçün inkişaf göstəricilər çox oynaqdır. 

Beləliklə, ABŞ-da siyasi proseslər diqqət mərkəzində saxlanılmalıdır və burada demokratik irəliləyiş iqtisadiyyatda öz müsbət təsirini göstərəcəkdir. Lakin hazırda buna dair qeyri-müəyyənlik mövcuddur və Respublikaçıların son proseslərdə rəqib ölkələrlə yaxın münasibətləri də qarşıdurmanın mürəkkəbliyindən xəbər verir. 

Bütün bunlar həm FED-in gələcək siyasətinə dair qeyri-müəyyənliyi artırır. Nəticədə investorlar dollardan uzaqlaşır, qızıl və kriptovalyuta kimi alternativ alətlərə yönəlinir. Dollar indeksi üzrə texniki analiz isə onu deməyə əsas verir ki, eniş sürətlə davam edərsə, martın - gələn həftənin ortasında artıq ciddi dəstək görə bilər. Yavaş və ciddi siqnallarla ucuzlaşmağa davam edərsə, ayın sonuna kimi ciddi dəstək görünməyə, hətta son bir ilin minimumu qırıla bilər. 

İlkin Alıyev

Maliyyə bazarlarında texniki analizi öyrədirik.

Yalnız 99 AZN ödəməklə Qrafik metod ilə Analiz adlı təlimə başlaya bilərsiniz. 

Faydalanmaq üçün aşağıdakı nömrənin bağlı olduğu "WhatApp"-a indi yaza bilərsiniz. 

Yerli və beynəlxalq maliyyə bazarlarında ticarət və investisiya edənlər üçün veb-səhifə. Treydinq qiymət dəyişkənliyinə tez reaksiya vermək və qazanc əldə etməkdir, investisiya isə uzunmüddətlidir və sərvət yaratmaq fəaliyyətidir. İqtisadi informasiya və araşdırmaları da buradan oxuya bilərsiniz. 

(099) 710 99 71

FacebookInstagramYouTubeLinkLinkedIn

Fundamental analiz

Texniki analiz

İqtisadi təqvim

Sektor və trendlər

Azərbaycan

Kriptobazar

Təlim proqramları

Üstünlüklərimiz

İnkişaf tarixi

Məqalələr

Treydinq nəticələri

Demo hesab

Analiz platforması

Risk bildirişi. Göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz lazımdır. Buna görə həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımırıq. 

Google Sites
Report abuse
Google Sites
Report abuse