5.9.22
EURUSD və GBPUSD fonunda təhlillər çöküşün davam edəcəyinə işarədir.
Avro və funt sterlinq kimi valyutaların dollara nisbətən ucuzlaşması davam etməkdədir. Son iki həftə ərzində müşahidə edilən korreksiya trendin dönə biləcəyinə dair ehtimallar yaratsa da, texniki təhlillər davam edəcəyini proqnozlaşdırmağa əsas verir. EURUSD 0.9730, GBPUSD məzənnəsi 1.1228 $-a kimi enə bilər.
Fundamental təhlillər baxımından Avropada son iğtişaşlar da gələcək təhlükələrdən xəbər verir. Aydındır ki, Avropanın şərqində Ukrayna - Rusiya müharibəsi iqtisadi cəhətdən yükdür. Qış mövsümü isə riskləri daha da artırır.