21.8.23
Dünya valyuta birjalarında dolların digər valyutalara qarşı bahalaşmağa başlaması müşahidə edilsə də bundan III rübün yekun treyd nəticələrində faydalanmaq mümkün görünmür - əgər trendin əksinə aqressiv mövqelər açılmayıbsa. Beləliklə, məqalə uzun müddət mənfəətli ticarət etməyi hədəfləyənlər üçündür və Jerom Povelin Cekson Hol İqtisadi Simpoziumda dolların bahalaşmasına səbəb ola biləcək açıqlamalar verəcəyi proqnozu haqqındadır.
EUR/USD, GBP/USD və USD/JPY məzənnələri üzrə texniki analizlər yeni qlobal trendin başlamasına dair siqnallar versə də, fundamental tərəfdə bunu təsdiq edəcək göstərici və ya hadisə yoxdur. Bu, əlbəttə ki, mühafizəkar investorları narahat edir. Bundan əlavə, baş tutacaq növbəti "Jackson Hole Symposium"-unda da önəmli açıqlamalar olacaq, deyə heç kim tələsmək istəmir. Belə ki, ayın 24-də başlayacaq və 26-da bitməsi gözlənilən “Qlobal İqtisadiyyatda struktur dəyişiklikləri” adlı forumda, mərkəzi bank sədrlərinin müzakirələri baş tutacaq və gələcək pul-kredit siyasəti ilə bağlı istiqamətlərin verilməsi ehtimal edilir.
Son iki simpoziumlarda FED sədri Jerom Povel iqtisadiyyatın daim dəyişən strukturu və yüksək qeyri-müəyyənlik şəraitində pul siyasətinin aparılmasının çətinlikləri kimi geniş müzakirə açmaqla, ilbəil mövzunu daha dəqiq addımlara kimi sərtləşdirmişdi. 2022-ci ildəki müzakirələrdən sonra isə dollar indeksi yüksəliş fonunda korrektiv enişə başladı. Yəni sərt monetar siyasətin sürətinin azaldılması qənaətinə gəlinmişdi. Bu, iqtisadiyyatda inkişafın trendin az altına düşməsi və əmək bazarının az yumşalması üçün edildi. Yekun məqsəd isə inflyasiyanı mərhələli şəkildə 2 %-ə salmaqdır. Sərt monetar siyasət iqtisadiyyatda fəsadlara səbəb olsa da, yüksək inflyasiyanın vaxtından əvvəl qarşısının alınmaması daha ağır fəsadlara səbəb ola bilər - Povel siyasətini hər çıxışında bucür əsaslandırmağa çalışır. Beləliklə, bu ilki forumda pul-kredit siyasətinin yenidən gücləndiriləcəyinə dair açıqlamaların veriləcəyini proqnozlaşdırmaq mümkündür. 2021-ci ildə qərb mərkəzi banklarının kursu sərtləşdirmə istiqamətindədirsə və 2022-ci ildə buna fasilə verilməklə, iqtisadiyyata "nəfəs almağa" imkan verildisə, 2023-cü ildə iniş ilin davamını gözləmək olar. Bu, dolların da yenidən bahalaşmağa başlayacağını proqnozlaşdırmağa əsas verir.
Texniki olaraq, EUR/USD və GBP/USD məzənnələrində gələcək aylar ərzində korrektiv bahalaşma, USD/JPY valyuta cütlüyündə isə ucuzlaşma müşahidə edilə bilər. Səbəbləri isə yuxarıda toxunulduğu kimi investorların gələcək monetar siyasətə dair aydın təsəvvürün yaranmasına kimi ehtiyatlı yanaşmasıdır.
Bundan əlavə, gələcək həftələr ərzində ABŞ-dan dərc ediləcək önəmli iqtisadi göstəriciləri də izləmək lazımdır. İşsizlik, iqtisadi inkişaf (ÜDM), sənaye və xidmət sektorları ilə əlaqədar fundamental rəqəmlərin müsbət açıqlanması, dollarda yenidən alış istiqamətdə mövqelənmələr üçün önəmli olacaqdır.