Search this site
Embedded Files
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
 
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
  • More
    • İnvestisiya və bazarlar
    • Analiz
      • Fundamental
        • Amerika
        • Avropa
        • Azərbaycan
        • Səhm
        • Valyuta
        • Əmtəə
        • Kriptobazar
      • Təqvim
      • Texniki
      • Trendlər
    • Platforma
      • Demo ticarət
      • Analiz platforması
    • Təlim
      • Təlim proqramları
        • Bank əmanətləri və pensiya
        • Qlobal trend analiz kursu
        • Günlük treydinq
      • Məqalələr
    • Haqqında
      • Haqqında
      • Treydinq nəticələri
      • İnvestisiyalarımız
      • Üstünlüklərimiz
      • Əlaqə

İlkin A kapital

Müharibələr və seçkilərlə zəngin 2024-də imkanlar

13.2.24

Dünyanın 2024-cü ildə vəziyyəti müharibələrin artması və dərinləşməsidir. Belə bir şəraitdə investor və treyderlər də mövqe almağa çalışırlar. Müharibələr və siyasi qarşıdurmalar haqqında danışarkən isə ilk ağıla gələn Rusiya və Ukrayna müharibəsidir. Bu fonda təhlillər isə coğrafi rəqabətin yeni ildə daha da kəskinləşə biləcəyini deməyə əsas verir. Bunun birjalarda qiymətlərə təsirini isə aşağıda açacağıq. 

Rusiya martın ortasında prezident seçkilərinə gedir və mövcud aparatın qalib gələcəyi də sirr deyil. Putin seçkilərdən qalib çıxmasından siyasi ambisiyaları üçün də uğurla istifadə edəcəkdir. Ukrayna üzərində irəliləmək isə Avropaya qarşı təzyiqlərin artması deməkdir. Mövzu daha çox yatırımlar və ticarətlərlə əlaqəli olduğu üçün bu mövzuda çox detallara varmaq istəmirik. 

Şəkil 1: Rusiya qoşunları

Sözümüzün canı odur ki, bu il həm Avrozona iqtisadiyyatına, həm də valyutası - EUR-ya qarşı müqavimət də güclənəcəkdir, xüsusilə də şərqdən artan siyasi risklər fonunda. Avropanın emal sənayesi üzrə PMI-ı bir ildən, xidmət sektoru yarım ildən çoxdur 50 punktun altından çıxa bilmir. Avropanın iki lideri - Almaniya və Fransada vəziyyət daha ciddidir. Avrozonada inflyasiyanın diblərdə - 3 %-ın altında olması da daxili bazarda tələbin və aktivliyin aşağı olmasından xəbər verir. Almaniyanın DAX və Fransanın CAC fond indekslərində yüksəliş müşahidə edilməsinə baxmayaraq, güclü dinamikadan söz gedə bilməz və bu, hər an çöküşün yaşanıla biləcəyinə dair riskləri artırıb. Onu da əlavə etmək olar ki, birjalarda listinq olunmuş Avropanın qabaqcıl şirkətlərində yüksəliş avrodaki ucuzlaşma ilə əlaqəlidir. EURUSD məzənnəsində ucuzlaşma, xaricdə avropa mallarına tələbi artırıb. 

İngiltərəyə gəldikdə, eyni fikirləri paylaşırıq. Burada vəziyyət breksit ilə əlaqədar daha ağırdır və FTSE indeksində artıq çöküş başlayıb. Yaponiyanı da qərb alyansı daxilində qiymətləndirsək, fundamental vəziyyət geriləyir və yaxşılaşacağına dair də siqnallar yoxdur. 

Qərb alyansı demişkən, burada cəmiyyət daxilində sosioloji fikir ayrılıqları da diqqət mərkəzindədir. Şərqə qarşı effektli və güclü birləşə biləcəkləri sualına cavab isə iyunun və noyabrında əvvəlində müvafiq olaraq baş tutacaq, Avropa parlament, ABŞ prezident seçkilərində veriləcəkdir. Yaponiya parlamentində də mübarizə kəskinləşib və il ərzində növbədənkənar xüsusi seçkilərin keçirilməsi planlaşdırılır. 

Amerikaya ayrıca gəlməli olsaq, bütün bunlardan daha təmiz çıxacağı görünür, çünki inkişaf etmiş ölkələrin yeganə dominant hesab etdiyi valyuta dollardır, iqtisadiyyatı isə həmişə olduğu kimi siyasi və hərbi risklərdən nisbətən uzaq qalmış olacaqdır. 

Bütün yuxarıdakı fundamental mənzərəni maliyyə alətlərinə təsiri baxımından bir arada analiz etsək, aşağıdaki qənaətə gəlmiş olarıq. 

Şəkil 2: Almaniya, Frankfurt birjası

İlk növbədə, EURUSD, GBPUSD və JPYUSD məzənnələrində enişin davam edəcəyi, yəni dolların bahalaşacağı proqnozlaşdırılır. Avro üçün 1.09, funt sterlinq üçün 1.26, yen üçün 0.01 $ önəmli müqavimət rolunu oynayacaqdır. USDJPY üçün isə 140 yen önəmli dəstək səviyyəsidir. 

Kriptovalyuta birjalarında bitkoinin zirvələrini yeniləməkdə davam edəcəyi ehtimal edilir. Söhbət ilkin olaraq 52 və 63 000 $-dan gedir. Qızılın isə dünyanın geniş imkanları qarşısında geri qalacağı, hətta ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. XAUUSD üçün önəmli müqavimət rolunu 2000 $ oynayacaqdır. 

Sonda həftəlik texniki analizlərimizi izləməyi də unutmamaq şərtilə Sizə cari ildə uğurlar arzulayırıq! 

İlkin Alıyev

Maliyyə bazarlarında qazanmağı öyrədirik!

Yalnız 99 AZN ödəməklə Qlobal Trend Analizi adlı təlimə başlaya bilərsiniz. 

Sərvətinizi artırmaq üçün aşağıdakı nömrənin bağlı olduğu "WhatApp"-a indi yaza bilərsiniz. 

Yerli və beynəlxalq maliyyə bazarlarında ticarət və investisiya edənlər üçün veb-səhifə. Treydinq qiymət dəyişkənliyinə tez reaksiya vermək və qazanc əldə etməkdir, investisiya isə uzunmüddətlidir və sərvət yaratmaq fəaliyyətidir. İqtisadi informasiya və araşdırmaları da buradan oxuya bilərsiniz. 

(099) 710 99 71

FacebookInstagramYouTubeLinkLinkedIn

Fundamental analiz

Texniki analiz

İqtisadi təqvim

Sektor və trendlər

Azərbaycan

Kriptobazar

Təlim proqramları

Üstünlüklərimiz

İnkişaf tarixi

Məqalələr

Treydinq nəticələri

Demo hesab

Analiz platforması

Risk bildirişi. Göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz lazımdır. Buna görə həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımırıq. 

Google Sites
Report abuse
Google Sites
Report abuse