Search this site
Embedded Files
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
 
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
  • More
    • İnvestisiya və bazarlar
    • Analiz
      • Fundamental
        • Amerika
        • Avropa
        • Azərbaycan
        • Səhm
        • Valyuta
        • Əmtəə
        • Kriptobazar
      • Təqvim
      • Texniki
      • Trendlər
    • Platforma
      • Demo ticarət
      • Analiz platforması
    • Təlim
      • Təlim proqramları
        • Bank əmanətləri və pensiya
        • Qlobal trend analiz kursu
        • Günlük treydinq
      • Məqalələr
    • Haqqında
      • Haqqında
      • Treydinq nəticələri
      • İnvestisiyalarımız
      • Üstünlüklərimiz
      • Əlaqə

İlkin A kapital

Çinin iqtisadi problemləri artır

7.12.22

Qlobal tələbin zəifləməsi və Çindəki korona məhdudiyyətləri Çin xarici ticarətinin gözlənilmədən çökməsinə səbəb oldu. Pekin gömrük rəsmilərinin çərşənbə günü verdiyi məlumata görə, dollar ilə hesablanan ixrac ötən ilin eyni ayı ilə müqayisədə 8.7 % azalıb. Bu, ardıcıl ikinci aylıq eniş idi. İdxal 10.6 % azalıb və bununla da mütəxəssislərin proqnozlaşdırdığından xeyli aşağı düşüb. Beləliklə, xarici ticarət 9.5 %-lik azalma ilə 2020-ci ilin mayında pandemiyanın başlanğıcındakı 9.3 %-lik azalmadan daha çox geriləmiş oldu. 

İxracın azalmasının əsas səbəbi Ukrayna - Rusiya müharibəsi nəticəsində yüksək inflyasiya və enerji qiymətləri səbəbindən zəif qlobal tələbdir. Lakin Çinin sərt sıfır Kovid siyasəti nəticəsində yaranan məhdudiyyətlər Çində tədarük zəncirlərinin pozulması istehsalı da  çətinləşdirir. 

Geniş yayılmış karantin tədbirləri və davam edən daşınmaz əmlak böhranı dünyanın ikinci ən böyük iqtisadiyyatı üçün yük olmağa başlayıb. Bu, daxili tələbi azaldır ki, bunun əsas göstəricisi idxalın azalmasdır. Oktyabr ayında idxal 0.7 %, ixrac isə iki ildən artıq müddətdə ilk dəfə 0.3 % azalıb. 

Çinin xarici ticarətindəki azalma alman ixracatçılarına da təsir edir. Almaniyanın Çinə ixracı 17.5 % azalıb. Çinin Almaniyaya ixracı da 14.4 % azalıb. Çinin ABŞ-a ixracatındakı azalma daha da böyük olub - 25.4 %. Çin isə ABŞ-dan 7.3 % az idxal edib.

İqtisadçıların fikrincə, zəifləyən Çin iqtisadiyyatı xarici ticarətdəki azalmanın öhdəsindən gəlməkdə çətinlik yaradacaq, çünki pandemiya təxminən üç il əvvəl başlayandan ixrac artımı Çin iqtisadiyyatının mühüm sütunu olmuşdü. Bir müddətdir ki, hökumətin bu il üçün nəzərdə tutduğu 5.5 %-lik artım hədəfini açıq-aşkar əldən verəcəyi proqnozlaşdırılır. 

Əvvəlki ildəki 8.1 % artımdan sonra Dünya Bankı bu il Çində yalnız 2.8 % artım ehtimal edir. 

İqtisadiyyatı stimullaşdırmaq üçün Çin hökuməti yenidən infrastruktura böyük investisiyalar yatırıb, faiz dərəcələrini aşağı salıb, vergi güzəştləri verib və daşınmaz əmlak almağı asanlaşdırıb. Bununla birlikdə, Xalq Cümhuriyyətində korona infeksiyalarının sayının son üç il ərzində yenidən artaraq yeni piklərə yüksəlməsi və nəticədə sıfır Kovid siyasəti tədbirləri iqtisadi stimullaşdırmanın effektliyini məhdudlaşdırır. 

Bir neçə həftə əvvəl və xüsusilə, noyabrın sonunda sərt Kovid tədbirlərinə qarşı böyük etiraz dalğasından sonra dövlət karantin və məcbur sınaqların keçirilməsi qərarı fonunda ilk yumşaldılmalara getdi. Yeni qərara əsasən, yoluxmuş insanlar evdə də özlərini təcrid edə bilirlər. Bundan əlavə, bir sıra böyük şəhərlər artıq bir çox yerlərdə - məsələn, supermarketlərin və yaşayış komplekslərinin girişlərində mənfi testlər tələb etmir. 

Bir gün əvvəl dövlət və partiya lideri Si Tsinpinin sədrliyi ilə iqtisadi siyasətə dair iclasdan sonra Siyasi Büro çərşənbə günü verdiyi bəyanatda "sabitlik" əldə etmək istədiyini vurğulayıb. Proaktiv büdcə və ehtiyatlı pul siyasəti həyata keçirilməlidir. Kütləvi korona infeksiyalarının qarşısını almaq və virusa nəzarət etmək üçün tədbirlər "optimallaşdırılmalıdır". Bazarda inamı gücləndirmək, inkişafı, məşğulluğu və qiymətləri sabitləşdirmək vacibdir.

Buna baxmayaraq, Dünya Bankı əlavə struktur islahatlarına çağırır və maliyyə riskləri barədə xəbərdarlıq edir. Təhlildə deyilir ki, ortamüddətli perspektivdə Çin iqtisadiyyatı struktur geriləmə ilə qarşı-qarşıyadır. Geriləyən potensial artım əlverişsiz demoqrafiyanı, ləng istehsal artımını və borc əsaslı inkişaf modelinin artan məhdudlaşdırılmasını əks etdirir. 

dpa

Yerli və beynəlxalq maliyyə bazarlarında ticarət və investisiya edənlər üçün veb-səhifə. Treydinq qiymət dəyişkənliyinə tez reaksiya vermək və qazanc əldə etməkdir, investisiya isə uzunmüddətlidir və sərvət yaratmaq fəaliyyətidir. İqtisadi informasiya və araşdırmaları da buradan oxuya bilərsiniz. 

(099) 710 99 71

FacebookInstagramYouTubeLinkLinkedIn

Fundamental analiz

Texniki analiz

İqtisadi təqvim

Sektor və trendlər

Azərbaycan

Kriptobazar

Təlim proqramları

Üstünlüklərimiz

İnkişaf tarixi

Məqalələr

Treydinq nəticələri

Demo hesab

Analiz platforması

Risk bildirişi. Göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz lazımdır. Buna görə həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımırıq. 

Google Sites
Report abuse
Google Sites
Report abuse