Aprel, 2024
Bundan 50 il əvvəl investisiya fəlsəfəsi qiymət bahalaşanda al, enəndə sat qədər məhdud idi. Lakin zamanla bəzi ağıllı insanların sayəsində investisiya növləri də artmışdır. Dəyər investisiyası, böyümə məqsədli investisiya, texniki investisiya, gündəlik və ya qısa müddətli ticarət kimi analitik yanaşmalar formalaşıb.
Birjalarda 2 növ analiz vardır ki, bunlar texniki və ya fundamental analizlərdir. Burada fundamental analiz haqqında danışacağıq. Fundamental analiz də öz növbəsində, dəyər və ya böyümə məqsədli investisiya yanaşmalarından asılı olaraq 2 qrupa bölünür.
Dəyər investisiyasında fundamental analiz göstəriciləri:
- Hasilat
- Mənfəət
- Borclar
- Rəqiblər
- Kurs-gəlir nisbəti
- Divident
- Bazar payı
- Səhm üzrə mənfəət
Sürətli inkişaf investisiyasında fundamental analiz göstəriciləri:
- Gələcək 5 ildə hədəflənən qazanc
- Şirkət xərclərinə nəzarət
- Gəlirin artırılması üçün potensial sahələrin mövcudluğu
- Şirkət məhsulları üçün istehlak kütləsində dinamika
- 5 il əvvəllə müqayisədə pazar payında dəyişiklik
- Səhm qiymətində dinamika. Gələcək 5 ildə səhmin 2 dəfə bahalaşması ehtimalı