Search this site
Embedded Files
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
 
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
  • More
    • İnvestisiya və bazarlar
    • Analiz
      • Fundamental
        • Amerika
        • Avropa
        • Azərbaycan
        • Səhm
        • Valyuta
        • Əmtəə
        • Kriptobazar
      • Təqvim
      • Texniki
      • Trendlər
    • Platforma
      • Demo ticarət
      • Analiz platforması
    • Təlim
      • Təlim proqramları
        • Bank əmanətləri və pensiya
        • Qlobal trend analiz kursu
        • Günlük treydinq
      • Məqalələr
    • Haqqında
      • Haqqında
      • Treydinq nəticələri
      • İnvestisiyalarımız
      • Üstünlüklərimiz
      • Əlaqə

İlkin A kapital

Dollarda U dönüşü öncəsi çılğınlıq?

14.7.23

Amerikada inflyasiyanın iyun ayında 3 %-ə enməsi xəbəri ilə bərabər dollar da digər önəmli aktivlərə qarşı çökdü. Bu, FED-in iyul ayının sonu faiz artımı ehtimallarının zəifləməsi ilə əlaqələndirilsə də bizim dərin təhlillərimiz bunun əksini göstərir və dolların ucuzlaşma səbəbinin də başqa olmasına əsas verir. FED-in, əksinə, faiz artımı ehtimallarının artması yanında, ciddi investorların dollarda U dönüşünə hazırlaşdıqlarını da görmək mümkündür. 

Şəkil 1: FED-in faiz dərəcələri

Şəkil 2: ABŞ-da inflyasiya.

Şəkil 3: Dollar indeksi

ABŞ-da istehlak qiymətlərinin illik artım dinamikası iyun ayında 3 %-ə enib. Bu, sürpriz oldu, çünki analitiklər 4 %-dən yalnız 3.1 %-ə enəcəyini proqnozlaşdırırdılar. Dollarda sürətli dalğalanma da bununla əlaqəli idi. Lakin bu, Amerika Federal Ehtiyat Sisteminin (FED) iyulun 26-da faiz dəhlizinin yuxarı sərhədini 5.5 %-ə yüksəldəcəyi ehtimallarının azalmasına nəinki səbəb oldu, 89.3 %-dən 95.5 %-ə yüksəlməsi müşahidə edilir. İnflyasiyanın enməsi göstəricilərinin dərcindən sonra dolların aşağı istiqamətlənməsinə səbəb isə bunun real sektorda "bayrama" səbəb olması ilə əlaqələndirilməlidir. Qiymətlərin ucuzlaşması ticarəti və iqtisadiyyatı canlandırır. 


ABŞ-ın real sektorunda risklər inflyasiyanın enməsi xəbəri ilə daha da azalaraq, güvənli liman maliyyə aləti olan dollarda, "son sığınanlar"ın da səhm bazarına qayıtmalarını cəsarətləndirdi. Beləliklə, dollara tələb azalmaqla - dollar indeksinin 1.93 % düşməsi ilə yanaşı, amerikan səhm bazarının da ciddi dəstək gördüyü müşahidə edilir. Digər tərəfdən, son illər yüksək inflyasiyaya səbəb olan amillərlə - risklərlə bir daha tanış olduqda və amerikan səhm bazarına xaricdən də axın olacağını nəzərə alsaq, dolların yenidən güclü dəstək görə biləcəyini proqnozlaşdırmaq mümkündür. Yəni U dönüşü başlaya bilər. 


Dünyanın siyasi mənzərəsi gərgin olaraq qalır və daha da dərinləşə biləcəyi riskləri mövcuddur. Bu, ticarət kanallarının hələ təhlükə altında olmasını deməyə əsas verir və çətin gedən iqtisadiyyatlar həmişə yüksək qiymətlərə əsas verib. Ölkə daxilində də qarşıda seçkilərin olduğunu nəzərə aldıqda, siyasi risklərin yüksək olduğunu nəzərə almaq lazımdır. Bu səbəbdəndir ki, FED-in sədri Jerom Povel hər mətbuat konfransında sərt monetar siyasətin uzun müddət davam etdiriləcəyini vurğulayır. Nəticədə dollar həm daxili, həm də xaricdən yenidən tələb görə bilər. 

Şəkil 4: Brent nefti

Enerji bazarlarında neftin və qazın bahalaşması da gündəmdən düşmür. Avropanın Brent markali neftin bir bareli yenidən 80 $-ın üzərinə çıxıb və 90 $-a çatacağı ehtimalları günbəgün güclənir. Əmtəə bazarlarında neftin və digər aktivlərin bahalaşması ehtimalları, inflyasiyaya səbəb olmaqla bərabər, digər tərəfdən FED-in faiz artımı siyasətinə və nəticədə dolların bahalaşmasına təhdid olmayacağı da aşkardır. Son təhlilimizdə buna toxunduğumuz kimi bir daha xatırladaq ki, Amerikanın strateji ehtiyatları vəziyyəti stabil saxlamağa imkan verir. Bundan əlavə, "OPEC" 90 $-ın üzərində, 100 $-a çatan qiymətlərdə də maraqlı deyil, çünki bu zaman elektrikmobillər bazarının "çiçəklənməsi" dəstək görmüş olacaqdır. 

Qeyd etmək lazımdır ki, "masaya qoyduğumuz" mümkün ssenari və şərtləri hər an sürpriz fundamental göstəricilər - hadisələr dəyişə bilər. Səhm bazarlarında hər an çöküş riskləri ehtimalları da yüksəkdir. Buna görə prosesləri və analizlərimizi daim izləməyi tövsiyyə edirik. Bu, riskləri əvvəlcədən görməyə, onlardan yayınmağa və yaranan fürsətlərdən faydalanmağa imkan verir. 

İlkin Alıyev

Maliyyə bazarlarında qazanmağı öyrədirik!

Yalnız 499 AZN ödəməklə Qrafik Analiz adlı təlimə başlaya bilərsiniz. 

Sərvətinizi artırmaq üçün aşağıdakı nömrənin bağlı olduğu "WhatApp"-a indi yaza bilərsiniz. 

Yerli və beynəlxalq maliyyə bazarlarında ticarət və investisiya edənlər üçün veb-səhifə. Treydinq qiymət dəyişkənliyinə tez reaksiya vermək və qazanc əldə etməkdir, investisiya isə uzunmüddətlidir və sərvət yaratmaq fəaliyyətidir. İqtisadi informasiya və araşdırmaları da buradan oxuya bilərsiniz. 

(099) 710 99 71

FacebookInstagramYouTubeLinkLinkedIn

Fundamental analiz

Texniki analiz

İqtisadi təqvim

Sektor və trendlər

Azərbaycan

Kriptobazar

Təlim proqramları

Üstünlüklərimiz

İnkişaf tarixi

Məqalələr

Treydinq nəticələri

Demo hesab

Analiz platforması

Risk bildirişi. Göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz lazımdır. Buna görə həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımırıq. 

Google Sites
Report abuse
Google Sites
Report abuse