Search this site
Embedded Files
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
 
  • İnvestisiya və bazarlar
  • Analiz
    • Fundamental
      • Amerika
      • Avropa
      • Azərbaycan
      • Səhm
      • Valyuta
      • Əmtəə
      • Kriptobazar
    • Təqvim
    • Texniki
    • Trendlər
  • Platforma
    • Demo ticarət
    • Analiz platforması
  • Təlim
    • Təlim proqramları
      • Bank əmanətləri və pensiya
      • Qlobal trend analiz kursu
      • Günlük treydinq
    • Məqalələr
  • Haqqında
    • Haqqında
    • Treydinq nəticələri
    • İnvestisiyalarımız
    • Üstünlüklərimiz
    • Əlaqə
  • More
    • İnvestisiya və bazarlar
    • Analiz
      • Fundamental
        • Amerika
        • Avropa
        • Azərbaycan
        • Səhm
        • Valyuta
        • Əmtəə
        • Kriptobazar
      • Təqvim
      • Texniki
      • Trendlər
    • Platforma
      • Demo ticarət
      • Analiz platforması
    • Təlim
      • Təlim proqramları
        • Bank əmanətləri və pensiya
        • Qlobal trend analiz kursu
        • Günlük treydinq
      • Məqalələr
    • Haqqında
      • Haqqında
      • Treydinq nəticələri
      • İnvestisiyalarımız
      • Üstünlüklərimiz
      • Əlaqə

İlkin A kapital

ABŞ mənzil bazarında dönüş ola bilər

26.12.22

Bu həftə Milad bayramı ilə əlaqədar birjalarda ticarət aktivliyi daha da aşağı olacaqdır. Lakin çərşənbə günü Bakı vaxtı ilə saat 19:00-da ABŞ-ın daşınmaz əmlak bazarına dair açıqlanacaq önəmli fundamental göstərici də investorların diqqət mərkəzindədir. 

İkinci mənzil bazarında satışların həcmi aylıq və illik müqayisədə hazırlanır və hər ayın sonuna yaxın dərc edilir. Göstərici imzalanan daşınmaz əmlak müqavilələrinə əsaslanır. 

Göstəricinin yüksəlməsi daşınmaz əmlka bazarının yaxşılaşmasına, enəndə əksinə olaraq isə pisləşməsinə işarədir. Bazarda tendensiya istehlak xərcləri haqqında da önəmli məlumat verir. 

Beləliklə, göstərici proqnozlaşdırılanın üzərində dərc ediləndə bu, dolların bahalaşmasına və ya tərsinə, zəif yayımlanarsa, dolların ucuzlaşmasına səbəb olur. 

2020-ci ilin əvvəlində ABŞ-da korona infeksiyalarının artmağa başlasından sonra ikinci mənzil bazarında aylıq satış həcmi son 19 ilin ən pis rəqəmləri ilə açıqlandı. 2020-ci ilin aprelin 29-da yeni yoluxanların sayının 18 520-ə çatmasına dair məlumatlarla bərabər ikinci mənzil bazarında satışların 20.8 % azaldığı da açıqlandı. Mayın 28-də, bir ay sonra göstərici mənfi 21.8 % dərc edildi. Bu zaman isə yeni yoluxanların sayı 23 000-in üzərinə çıxmışdır. 

Lakin bir ay sonra iyunun 29-da 44.3 %-lik artım qeydə alındı. İyulda müsbət 15.8, avqustda 5.5 %. Bu dövrdən sonra qeydə alınan maksimum və minimum göstəricilər müvafiq olaraq müsbət 8.8 və mənfi 11.5 % olub. Dekabrın 28-də aylıq statistik məlumatın mənfi 1 % yayımlanması ehtimal edilir. 

Aylıq göstəricinin ümumi təhlilindən çıxan nəticəyə əsasən, ABŞ-ın ikinci daşınmaz əmlak bazarında təqribən 10 %-lik aylıq müsbət və mənfi dinamika xarakterik xüsusiyyətdir. Bunların üzərində və ya altında açıqlanan məlumatlar birjalarda və eyni zamanda həmin göstəricinin illik dəyişənində də ciddi trendlərə səbəb ola bilər. Bu, 10 % müsbət və ya mənfi göstəricilərin altında dərc edilən rəqəmlərin önəmsiz olması anlamına gəlmir. Proqnozun üzərində və ya altında dərc edilən daha kiçik rəqəmlərümumi statistika məlumatlarda tendensiyanın hansı istiqamətdə olduğunu göstərir. 

İllik ikinci mənzil bazarı satış həcmi göstəricisində isə 2021-ci ilin əvvəlində 52.70 %-lik artım ilə qeydə alınan tarixi maksimum göstəricidən sonra ümumi eniş trendi başladı və niyabrda göstərici mənfi 37 %-ə çatmışdır. 

İllik ikinci mənzil bazarı satış həcmi göstəricisində isə 2021-ci ilin əvvəlində 52.70 %-lik artım ilə qeydə alınan tarixi maksimum göstəricidən sonra ümumi eniş trendi başladı və niyabrda göstərici mənfi 37 %-ə çatmışdır. 

Sözügedən göstərici fonunda çərşənbə günü üçün isə mütəxəssislərin ehtimalı yoxdur. Olmur adətən. Sürprizə hazır olmaq lazımdır. 

İllik trendin dayanması və ya geri dönüşünə dair hər hansı işarə ciddi dalğalanmalara səbəb ola bilər. 

Göstəricinin bazarda, xüsusilə, dollarda yaratdığı təsirə dair nümunə olaraq, cari ilin iyul ayında dərc edilən rəqəmləri təhlil etmək olar. Ayın 24-də mənfi 19.54 % açıqlanan illik göstərici iyun ayının mənfi 20.23 %-lik göstəricisinin üzərində qeydə alınmışdır və dollar indeksi 0.52 % yüksəlmişdir. Maraqlısı isə odur ki, dollar indeksi səbətində yer alan avronun da məzənnəsi 0.92 % yüksəlmişdir. Əlbəttə ki, bu, həmin dövrün şərtləri ilə izah olunandır. 

Davam edək. Buradan belə nəticə çıxır ki, dolların bahalaşması fonunda avro da dəyər itirsə idi, dollardakı sıçrayış 1 %-ın üzərində ola bilərdi, hətta 2 %-ə çatardı. Nəzərə almaq lazımdır ki, bu gün ABŞ iqtisadiyyatı ilə Avrozona arasında fərq böyüməkdədir. Amerika Konqresinin hər iki palatasının cümə günü qəbul etdiyi yeni büdcə layihəsi hökümətin - demokratların uğuru hesab edilir və Amerikanın iqtisadi gələcəyi fonunda nikbinliyin artmasına səbəb olur. Avropada isə xüsusilə iqtlim siyasəti fonunda qərarlar gecikir, uzun müzakirələrə səbəb olur. İqlim siyasəti ilə əlaqədar dövlətlərin investisiyaları sənayenin müasirləşdirməsini nəzardə tutur. Bu, iqtisadiyyatların inkişafının sürətlənməsi üçün təkandır. Bununla yanaşı, Avropada Rusiya-Ukrayna müharibəsi də iqtisadi yük olaraq qalır, xüsusilə, qış ərəfəsində. 

Çərşənbə günü dərc ediləcək göstərici fonunda sürprizə hazır olmaq lazımdır, çünki Amerika iqtisadiyyatı fonunda müsbət əhval-ruhiyyə artıq özünü noyabr ayının statistik məlumatlarında göstərə bilər.

İlkin Alıyev

Yerli və beynəlxalq maliyyə bazarlarında ticarət və investisiya edənlər üçün veb-səhifə. Treydinq qiymət dəyişkənliyinə tez reaksiya vermək və qazanc əldə etməkdir, investisiya isə uzunmüddətlidir və sərvət yaratmaq fəaliyyətidir. İqtisadi informasiya və araşdırmaları da buradan oxuya bilərsiniz. 

(099) 710 99 71

FacebookInstagramYouTubeLinkLinkedIn

Fundamental analiz

Texniki analiz

İqtisadi təqvim

Sektor və trendlər

Azərbaycan

Kriptobazar

Təlim proqramları

Üstünlüklərimiz

İnkişaf tarixi

Məqalələr

Treydinq nəticələri

Demo hesab

Analiz platforması

Risk bildirişi. Göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz lazımdır. Buna görə həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımırıq. 

Google Sites
Report abuse
Google Sites
Report abuse